Əvvəllər 19 saat çəkən gün, necə 24 saat oldu?
Əvvəllər günlər 24 saat deyil, 19 saat davam edirdi. Bəs buna səbəb nə idi?
İnformator.az xarici KİV-ə istinadən xəbər verir ki, Yer, onun peyki və digər planetlər arasındakı əlaqə araşdırıldığında, milyardlarla il əvvəl gecə və gündüz 19 saatlıq müddətdə tamamlanıb. “Nature Geuscience” akademik jurnalında dərc olunan məqaləyə görə, “Yerin orta əsrləri” kimi tanınan “Darıxdırıcı milyard” dövründə planetimiz bir günü 19 saata tamamlayırdı.
Çin Elmlər Akademiyasından Ross Mitçel deyib: “Zaman keçdikcə Ay Yerin spin enerjisini oğurlayaraq planetimizdən uzaqlaşıb".
Qeyd edək ki, dünyanın ləngiməsinin səbəbi Yerlə Ay arasındakı cazibə qüvvəsidir.
Aydan
