WhatsApp yeni funksiyanı sınaqdan keçirir: Anonim ünsiyyət qurmaq mümkün olacaq
WhatsApp artıq istifadəçilərə topluluqlarda və elan qruplarında telefon nömrələrini gizlətməyə imkan verəcək.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, bu funksiya ilə istifadəçilərin telefon nömrələrinə yalnız icma administratorları baxa biləcəklər. Beləliklə, qrupdakı digər iştirakçılar WhatsApp qrupunda sizin telefon nömrənizi görə bilməyəcəklər.
Həmçinin bildirilib ki, telefon nömrəsi gizlədilən qrup üzvü ilə şəxsi əlaqə saxlamaq üçün nömrəsini gizlədən istifadəçiyə sorğu göndərmək imkanı yaradılacaq.
Bu funksiya hazırda beta testçiləri tərəfindən istifadə edilsə də, onun tezliklə hər kəs üçün əlçatan olacağı gözlənilir.
Şəbnəm
