00:00:00
Yazar
Admin User
19.12.2015 07:15 442 1 dəq oxuma
Sosial

Xüsusi qərargah: İtkin düşmüş neftçilərin axtarışı bu gün də davam etdirilir

\"Günəşli\" yatağında baş vermiş qəza zamanı itkin düşmüş neftçilərin axtarışları bu gün də davam etdirilir
Xüsusi qərargah: İtkin düşmüş neftçilərin axtarışı bu gün də davam etdirilir

Dekabrın 4-də \"Günəşli\" yatağında baş vermiş qəza zamanı itkin düşmüş neftçilərin axtarışları bu gün də davam etdirilir. Xüsusi qərargahdan İnformator-a verilən məlumata görə, axtarışlarda Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidmətinin şəxsi və texniki heyəti iştirak edir. Axtarışlara gəmilər, helikopterlər, 1 təyyarə vasitəsilə aparılır.

Qərargahdan onu da qeyd ediblər ki, itkin düşmüş neftçilərin axtarış miqyası ötən günlərdə olduğu kimi Xəzər ətrafı qonşu ölkələrin sərhəd sularında da aparılır.

Xatırladaq ki, platformada neft quyularında yanğının qarşısı alınıb. Hazırda yanan qaz quyularının söndürülməsi istiqamətində də işlər davam etdirilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər