00:00:00
Yazar
Səadət Əlizadə
27.09.2026 15:38 28 1 dəq oxuma
Siyasət

Xəzərdəki təlimdə həlak olan hərbçilər təltif edilib

Xəzərdəki təlimdə həlak olan hərbçilər təltif edilib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizində keçirilən təlimlər zamanı xidməti vəzifəsini yerinə yetirərkən həlak olan hərbi qulluqçuları ölümündən sonra təltif edib.

 

“İnformator.az” xəbər verir ki, müvafiq fərman dövlət başçısının rəsmi saytında dərc olunub.

 

Sənədə əsasən, taqım komandiri Oljas Muxtarulu göstərdiyi şücaət və fədakarlığa görə “Aybın” ordeninin 2-ci dərəcəsi (Bauırjan Momışulı adına) ilə təltif edilib.

 

Eyni hərbi hissənin daha 13 hərbi qulluqçusu ölümündən sonra “Aybın” ordeninin 3-cü dərəcəsi (Raximjan Qoşkarbayev adına) ilə təltif olunub. Onların arasında bölmə komandirləri, dənizçilər və mütəxəssislər var.

 

Qeyd edək ki, bir neçə gün öncə Qazaxıstanın Xəzər dənizindəki hərbi təlimində 19 hərbçini dalğa aparıb. 

#təlimdə #həlak #gündəm #edilib #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər