00:00:00
Yazar
Elmira Ağayeva
27.07.2026 22:01 25 2 dəq oxuma
Siyasət

Xameneinin məktubu Yaxın Şərqdə hansı mesajı verir?- POLİTOLOQDAN ŞƏRH

Xameneinin məktubu Yaxın Şərqdə hansı mesajı verir?- POLİTOLOQDAN ŞƏRH

ABŞ və İsrailin hücumlarına görə Yaxın Şərqdə yaşayanların müqavimətdən başqa yolu qalmayıb.

Bu barədə İranın Ali rəhbəri Müctəba Xameneinin Livanda fəaliyyyət göstərən “Hizbulah” qruplaşmasına ünvanladığı məktubda bildirilib.



Mövzu ilə bağlı politoloq Ülviyyə Zülfüqar “İnformator.az”a açıqlamasında bildirib ki, Xameneinin “Hizbullaha” ünvanladığı məktub ilk növbədə İranın regiondakı strateji xəttində ciddi dəyişiklik olmadığını nümayiş etdirən siyasi mesaj kimi qiymətləndirilə bilər:

 


“ Rəsmi Tehran bununla həm müttəfiqlərinə dəstəyinin davam etdiyini göstərməyə, həm də İsrail və ABŞ-yə çəkindirici siqnal verməyə çalışır. Xüsusilə “Hizbullahın” müdafiəsinin İranın strateji siyasətinin bir hissəsi kimi təqdim edilməsi Livan istiqamətinin İran üçün təhlükəsizlik və geosiyasi baxımdan prioritet olaraq qaldığını göstərir. Bu isə onsuzda həssas olan Yaxın Şərqdə gərginliyin yaxın dövrdə tam səngiyəcəyini gözləməyi çətinləşdirir. Digər tərəfdən, İranın “Hizbullaha” açıq siyasi dəstəyi regionda qüvvələr balansına da birbaşa təsir göstərir. Bu, “müqavimət oxu” adlandırılan blokun siyasi həmrəyliyini gücləndirsə də, eyni zamanda İsrailin təhlükəsizlik narahatlıqlarını artırır və qarşılıqlı hərbi-siyasi ritorikanı daha da sərtləşdirə bilər. Nəticədə tərəflər arasında birbaşa genişmiqyaslı müharibə olmasa belə, proksi qüvvələr üzərindən qarşıdurmaların davam etməsi, lokal toqquşmaların sayının artması və diplomatik həll imkanlarının daha da məhdudlaşması ehtimalı yüksəlir. Hazırkı mərhələdə əsas risk məhz tərəflərin sərt bəyanatlarının praktik müstəviyə keçməsi və istənilən lokal insidentin daha geniş regional eskalasiyaya səbəb ola bilməsidir”.

Nuray Əliyeva

#İran #Yaxınşərq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər