00:00:00
Yazar
Admin User
03.02.2026 16:54 53 2 dəq oxuma
Sosial

Xaricdə qadağan edilən protez dırnaqlar

Xaricdə qadağan edilən protez dırnaqlar

Son illər bir sıra xarici ölkələrdə protez dırnaqların sağlamlığa və gigiyenaya mümkün zərərləri səbəbindən istifadəsi məhdudlaşdırılıb və ya tamamilə qadağan edilib. Mütəxəssislər bu cür dırnaqların infeksiya riski yaratdığını, allergik reaksiyalara və dırnaq strukturunun zədələnməsinə səbəb ola biləcəyini bildirirlər. Buna baxmayaraq, Azərbaycanda protez dırnaqlara maraq azalmır və bu xidmət gözəllik salonlarında geniş şəkildə davam etdirilir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında dermatoveneroloq Xəyalə Hüseynova bildirib ki, salonlarda tərkibində müxtəlif kimyəvi maddələr olan qalıcı dırnaq boyaları günümüzdə çox geniş yayılıb:

 

“Demək olar ki, yetkinlik yaşına çatmayan qızlardan tutmuş 70 yaşlı xanımlara qədər hər iki nəfərdən biri bu proseduru etdirir. Amma heç kim gələcəkdə nələrlə üzləşəcəyini düşünmür. Gelin tərkibində orqanizmə toksik təsir göstərən trimetilbenzoil-difenilfosfin-oksid maddəsi olduğu üçün olduqca zərərli hesab olunur. Dırnaqlar xüsusi şüa verən cihazlarda qurudularkən bu kanserogen maddə daha da aktivləşir və müxtəlif dırnaq xəstəliklərinə, hətta ölümcül xərçəng növlərinə səbəb ola bilər. Bundan başqa, gel maddəsi dırnağın dərin qatlarına nüfuz edərək dırnaq mayasının travmatik zədələnməsinə, dırnaqlarda kalsium (Ca), sink (Zn) və digər mikroelementlərin azalmasına, dırnağın keyfiyyətcə zəifləməsinə və qırılmasına səbəb olur. Dırnaqların soyulması, nazikləşməsi, ağrıması və rənginin dəyişməsi gel-lak istifadə edən hər kəsin öz gözü ilə gördüyü hallardır. Avropada bu prosedurlara tam qadağa qoyulsa da, ölkəmizdə hələlik bu məsələyə ciddi nəzarət olunmur”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər