00:00:00
Yazar
Admin User
25.11.2025 18:29 93 3 dəq oxuma
Sosial

Xaricdə təhsil almağa maraq niyə artır?

Xaricdə təhsil almağa maraq niyə artır?

Son illərdə gənclər arasında xaricə olan maraq nəzərəçarpacaq dərəcədə artıb. Bu meyl yalnız təhsil və karyera imkanları ilə bağlı deyil, həm də insanların daha geniş dünyagörüşü qazanmaq, fərqli mədəniyyətləri tanımaq və özlərini yeni mühitlərdə sınamaq istəyi ilə əlaqədardır. Qlobal informasiya axınının sürətlənməsi, sosial medianın həyatımıza təsiri və beynəlxalq proqramların əlçatanlığı xaricdə yaşamaq və ya təhsil almaq ideyasını daha real və cəlbedici edir. Bütün bunlar gənclərin gələcəkləri üçün daha çox seçim, daha çox azadlıq və daha çox imkan axtarmağa yönəlməsinə səbəb olur.

 

"İnformator.az" saytı olaraq məsələ ilə bağlı  fikirləri öyrəndik.

 

Mövzu ilə bağlı BDU Karyera Mərkəzinin sədri Aysu Cəfərzadə isə açıqlamasında bildirib ki, xaricdə təhsilin bir çox təsirləri mövcuddur:

 

"Xaricdə təhsilin təsiri ondan ibarətdir ki, gənclərin peşəkar bacarıqları yüksəlir, dil biliklərini artıra bilirlər, müxtəlif ölkələrdə tələbələrlə, professorlarla, müəllimlərlə tanış olurlar və dünyagörüşləri artır. İqtisadi təsirləri – peşə və ixtisas standartları formalaşır və beynəlxalq əməkdaşlıqlar genişlənir. Sosial təsirləri isə sosial fəallıq artır və mədəniyyətlərarası düşüncə güclənir. İqtisadi təsirləri – peşə və ixtisas standartları formalaşır və beynəlxalq əməkdaşlıqlar genişlənir".

 

Magistrant Ələsgərov Mətin açıqlamasında bildirib ki, xaricdə təhsil elmi fəaliyyəti artırır və effektiv əməkdaşlıq yaratmaq imkanı verir:

 

"Beynəlxalq proqramların gənclərə təqdim etdiyi əsas üstünlük onların qlobal akademik mühitə çıxış imkanının olmasıdır. Belə proqramlarda iştirak fərqli ölkələrin təhsil təcrübələrini öyrənməyə, yeni tədqiqat metodları və innovativ yanaşmalarla tanış olmağa şərait yaradır. Eyni zamanda, xarici professorlar və tələbələrlə əməkdaşlıq gənclərin akademik və peşəkar üfüqlərini genişləndirir və onların kommunikasiya bacarıqlarını inkişaf etdirir. Bu proqramlar həm də onların xarici dil biliklərinin təkmilləşməsinə, karyera imkanlarının artmasına müsbət təsir göstərir. Düşünürəm ki, gənclərin xaricdə qazandığı sosial təcrübəni ölkəyə qayıtdıqdan sonra bir neçə istiqamətdə tətbiq etməlidirlər. İlk olaraq, beynəlxalq təhsil mühitində öyrəndikləri müasir tədqiqat metodlarını, analitik yanaşmaları və innovativ tədris modellərini yerli akademik mühitə inteqrasiya etməyə çalışmalıdırlar. Bu, onların həm elmi fəaliyyətlərinin keyfiyyətini artıracaq, həm də öz həmkarları ilə daha effektiv əməkdaşlıq yaratmağa imkan verər. Mən məhz təhsilimi xaricdə davam etdirsəm, özümdə bu formada yanaşmağa çalışardım. Xaricdə təhsil almaq gənclərin tədqiqat imkanlarını genişləndirir, müasir elmi metodlarla tanış olmaq imkanı yaradır. Bu da elmi fəaliyyətin keyfiyyətini artırır və tələbəni daha peşəkar və qlobal düşüncəli tədqiqatçıya çevirir".

 

Tələbə Mustafayeva Fatimə isə açıqlamasında bildirib ki, xaricdə təhsil almaq şəxsi inkişaf üçün vacibdir:

 

"Xaricdə təhsil və beynəlxalq proqramlar məni ilk növbədə geniş dünyagörüşü qazanmaq, fərqli mədəniyyətlərlə tanış olmaq və daha keyfiyyətli akademik mühitdə özümü inkişaf etdirmək baxımından cəlb edir. Bu proqramlara müraciət prosesində hazırda dil biliyimi gücləndirməyə, motivasiya məktubu və CV üzərində işləməyə, eləcə də uyğun universitet və təqaüd imkanlarını araşdırmağa fokuslanmışam. Əsas çətinliklər isə sənədləşmə prosesinin detallı olması, maliyyə məsələləri və seçimlərin çoxluğu səbəbindən düzgün qərar verməyin çətinləşməsidir. Xaricdə təhsil almağı şəxsi inkişafım üçün ona görə vacib hesab edirəm ki, bu, həm müstəqillik, həm özünəinam, həm də gələcək karyeram üçün daha geniş imkanlar yaradır və məni həm akademik, həm də sosial cəhətdən daha güclü edir".

 

Ayisə Şərifova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər