00:00:00
Yazar
Admin User
14.11.2015 08:23 410 1 dəq oxuma
Siyasət

XİN: Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir

Xarici İşlər Nazirliyi Parisdə baş vermiş terror aktını qəti şəkildə pisləyir.
XİN: Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir

Xarici İşlər Nazirliyi Parisdə baş vermiş terror aktını qəti şəkildə pisləyir. 

İnformator xəbər veriir ki, bununla bağlı nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Paris şəhərində törədilmiş və çoxsaylı insan itkisinə və yaralanma hallarına səbəb olmuş dəhşətli terror aktlarını qəti şəkildə qınayır. Bu terror aktları nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və dost Fransa xalqı ilə həmrəyliyimizi bir daha bildiririk. Həmçinin, yaralananların tezliklə şəfa tapmasını diləyirik.

Açıqlamada o da qeyd edilir ki, terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini qəti şəkildə dəstəkləyir.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər