00:00:00
Yazar
Admin User
16.01.2015 13:00 375 1 dəq oxuma
Siyasət

XİN: ”Azərbaycanın xarici siyasəti Ermənistanı çıxılmaz vəziyyətə salıb”

Azərbaycan Xarici İşlər Nazirliyi 2014-cü ilin yekunlarına həsr olunmuş mətbuat buraxılışı yayımlayıb
XİN: ”Azərbaycanın xarici siyasəti Ermənistanı çıxılmaz vəziyyətə salıb”

Ötən il Azərbaycanın xarici siyasəti Ermənistanı çıxılmaz vəziyyətə salıb. Artıq diplomatik manevr imkanı olmayan Ermənistan rəhbərliyi təxribata əl ətir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev son zamanlar təmas xəttinda baş verənlərin də məhz bu amillə bağlı olduğunu deyir. Nazirliyin sözcüsü ümumilikdə ötən ili Azərbaycan diplomatiyası üçün uğurlu hesab edir.

Qurum rəsmisi ötən il ölkə üçün prioritet olan məsələlərə də aydınlıq gətirib: “2014-cü ildə Azərbaycan xarici siyasətinin prioritet istiqaməti Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğal faktının aradan qaldırılması ilə bağlı oldu.
Diplomatik resursların bu istiqamətə yönəldilməsi şahmat dili ilə desək Ermənistanı mat vəziyyətinə qoydu. Beynəlxalq təşkilatlar və ayrı-ayrı ölkələrlə əlaqələrin inkişafı da ötən il ölkə siyasətinin əsas istiqamətlərindən biri oldu. 2014-cü ildə Azərbaycanın 3 ölkədə diplomatik ofisi, 2 ölkədə isə fəxri konsulluğu açıldı.”

 Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Avropa İttifaqı ilə münasibətlərin inkişafı baxımından da 2014-cü ili uğurlu hesab edir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər