00:00:00
Yazar
Admin User
01.02.2026 19:25 68 1 dəq oxuma
Siyasət

XİN Pakistanda terror hücumlarını pisləyib

XİN Pakistanda terror hücumlarını pisləyib

Azərbaycanın Xarici İşlər Nazirliyi Pakistanın Bəlucistan əyalətində baş vermiş terror hücumlarını qətiyyətlə pisləyib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkə hesablarında paylaşım edilib.

 

Məlumatda bildirilir:

 

"Həlak olanların ailələrinə dərin başsağlığımızı bildirir, qardaş Pakistan xalqına və Pakistan hökumətinə səmimi hüzn və həmrəyliyimizi ifadə edirik.

 

Yaralananlara tezliklə və tam sağalma arzulayırıq. Bu çətin zamanda Pakistanla həmrəy olduğumuzu bildirir və terrorizmin bütün forma və təzahürlərinə qarşı beynəlxalq səylərə qəti dəstəyimizi bir daha təsdiqləyirik".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər