XİN: Separatçı Qarabağ rejiminin nümayəndə heyətinin İrana səfəri barədə məlumat həqiqəti əks etdirmir
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin fermer və əkinçilərindən ibarət nümayəndə heyətinin 2015-ci ilin oktyabr ayında İrana səfəri və bu ölkənin rəsmiləri ilə görüşməsi barədə Ermənistan kütləvi informasiya vasitələrində məlumat verilib.
İnformator xəbər verir ki, XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirib ki, Xarici İşlər Nazirliyi tərəfindən diplomatik kanallar vasitəsilə bu məlumat araşdırılıb.
İranın Azərbaycandakı səfirliyindən Xarici İşlər Nazirliyinə ünvanlanmış cavab notasında qondarma rejimin fermer və əkinçilərindən ibarət nümayəndə heyətinin İrana səfəri və bu ölkənin rəsmiləri ilə görüşməsi barədə xəbərin həqiqəti əks etdirmədiyi bildirilib və Ermənistan KİV-də yayılan xəbərlər təkzib olunub.
