00:00:00
Yazar
Banuçiçək Məmmədova
25.02.2026 17:59 14 1 dəq oxuma
Sosial

Xocalıya köçürülən1137 sakin məşğulluq tədbirlərinə cəlb edilib

Xocalıya köçürülən1137 sakin məşğulluq tədbirlərinə cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Xocalı rayonuna köçürülmüş sakinlərdən artıq 1137 şəxsi məşğulluq tədbirlərinə cəlb edib.

 

"İnformator.az" xəbər verir ki, onlardan 1099 şəxsin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən, rayona köçürülmüş sakinlərdən 198 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb), 38 sakin isə peşə kurslarına cəlb edilib.

 

Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.

#sakin #gündəm #cəlb #məşğulluq #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər