Xətai rayonunun bəzi hissələrində qaz olmayacaq
Sabahdan Bakının Xətai rayonunun bəzi hissələrində qaz olmayacaq.
"İnformator.az" "Report"a istinadən xəbər verir ki, Xətai rayonunda görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar yanvarın 6-da saat 10:00-dan etibarən M.Hadi, Şirvani, Qaçaq Nəbi küçələrinin və kənd Əhmədlinin bir hissəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
