00:00:00
Yazar
Admin User
23.11.2015 08:25 390 1 dəq oxuma
Sosial

“Xəzər-2015” komanda-qərargah təlimi keçiriləcək

Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illik yubileyi münasibətilə komanda qərargah təlimi keçiriləcək.
“Xəzər-2015” komanda-qərargah təlimi keçiriləcək

Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illik yubileyi münasibətilə komanda qərargah təlimi keçiriləcək. İnformator FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 24-də nazirliyin xilasetmə qurumlarının, həmçinin, Müdafiə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Dəniz Administrasiyası və “BP” şirkətinin şəxsi heyətinin iştirakı və xüsusi texnika və avadanlıqları cəlb edilməklə quruda və dənizdə “Xəzər-2015” komanda-qərargah təlimi keçiriləcək.

Təlim Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsi və Kompleks Qazma İşləri Trestinin ərazisində keçiriləcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər