00:00:00
Yazar
Admin User
24.11.2025 20:05 130 1 dəq oxuma
Sosial

Xəzər çəkildikcə MİSTİK TAPINTILAR çoxalır:

Xəzər çəkildikcə MİSTİK TAPINTILAR çoxalır:

Xəzər dənizinin suyunun geri çəkilməsi və səviyyəsinin azalması maraqlı mənzərə yaradıb. Dənizdə iri qayalıqları xatırladan bu çıxıntılar əslində ağac kökləri və gövdələrin qalıqlarıdır. Lənkəran yaxınlığında kəndlərin birinin sahillərində yerləşən ərazi ehtimal olunur ki, qədim zamanlarda sıx meşə olub.

 

Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında aqranom, iqtisadçı Natiq Allahverdi bildirib ki, dənizlər, məhz Xəzər dənizi suyu, zaman-zaman yüksəlib geri çəkilib:


“Bu, təbii prosesdir. Onu biz ifadə edə bilmərik ki, dəniz səviyyəsi qalxıb meşəliyi tutub. Su altında olan bitkilər də olur, gərək onun gövdələri ilə yaxından tanış olaq, qiyabi bunu demək çətindir. Bir kənd təsərrüfatı mütəxəssisi olaraq təhsil aldığımız dövrdə də olub, dənizə axan çaylarda da olur, o da hardansa kötükləri gətirə bilər. Bütün hallarda orada gərək təcrübə götürülsün, sonra qiymət verilsin. Düşünmürəm ki, çaylar, dənizlər qalxır zamanında keçmiş əsrlərdə qalxıb meşələri əhatə edib, öz sənginə salıb. Təbiət özünü tənzimləyə bilir, hər hansısa təbii fəlakətlər olursa, təbiət özü özünü tənzimləyə bilir və bərpa edir. Ancaq insanların təbiətə vurduğu zərərləri təbiət bərpa edə bilməz. İnsan təbiətə zərər verirsə, canlılar yaşaya bilməz. Bütün canlıların mənbəyi təbiətdən, torpaqdandır. Reallıq bu nəticəni gördükdən sonra düzgün təhlil, yanaşma olacaqdır”.


Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər