00:00:00
Yazar
Admin User
09.03.2023 19:45 450 1 dəq oxuma
Siyasət

Xəzər dənizində təhlükə

Xəzər dənizində təhlükə

Xəzər dənizi suyunun yaxın gələcəkdə 9-30 metr azalacağı proqnozlaşdırılır.

 

Informator.az axar.az-a istinadən xəbər verir ki, bunu Qazaxıstanın informasiya və sosial inkişaf naziri Darxan Kidirali X Qlobal Bakı Forumu çərçivəsində "Meqatəhdidlər dövrü: İqlim təhlükəsizliyi, Qida təhlükəsizliyi, Nüvə təhlükəsizliyi" mövzusunda keçirilən növbəti panel iclasda çıxışı zamanı deyib.

 

Nazir qeyd edib ki, Qazaxıstan hər zaman sülhün tərəfindədir: "Təəssüflər olsun ki, bu gün qida təhlükəsizliyi məsələsi də ortaya çıxıb".

 

O, hazırda dünyanın bir çox problemlərlə üz-üzə olduğunu vurğulayıb: "Bu yaxınlarda qardaş Türkiyədə zəlzələlər oldu. Həmin zəlzələlər nəticəsində bir çox insan həyatını itirdi. Xəzər dənizində də bir çox təhlükələr var. Yaxın gələcəkdə Xəzərin  suyunun 9-30 metr azalacağı gözlənilir. Bu da 5 ölkə üçün təhlükədir".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər