00:00:00
Yazar
Səadət Əlizadə
04.10.2026 14:09 30 1 dəq oxuma
Siyasət

Yəmən ordusu husilərə zərbə endirib, 700 nəfər öldürülüb

Yəmən ordusu husilərə zərbə endirib, 700 nəfər öldürülüb

Yəmən ordusu husilərin mövqelərinə və hərəkət marşrutlarına 257 dəqiq zərbə endirdiyini açıqlayıb.

 

"İnformator.az"  “bdnews24”ə istinadən xəbər verir ki, ordunun məlumatına görə, əməliyyatlar zamanı azı 700 husi öldürülüb. Zərbələr Səna, Midi, Baqim, həmçinin Əl-Cəvf, Marib, Əl-Beyda və Lahicdəki mövqeləri əhatə edib. Ən şiddətli döyüşlər Taiz ətrafında gedib. 

 

Ordu əməliyyatlarda döyüş təyyarələri, pilotsuz uçuş aparatları, artilleriya, raketlər və reaktiv yaylım atəşi sistemlərindən istifadə edib. Yəmən ordusunun sözçüsü Məcid Abdullah ən-Nəzili 170 döyüş maşını və digər ağır texnikanın məhv edildiyini bildirib.


Taiz ətrafında döyüşlər davam edir. Qarşıdurmalar səbəbindən çox sayda sakin ərazini tərk edib. Atəş nəticəsində mülki şəxslər arasında da ölənlərin olduğu bildirilib.

#zərbə #husilərə #öldürülüb #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər