00:00:00
Yazar
Səadət Əlizadə
12.04.2026 18:29 12 1 dəq oxuma
Siyasət

Yəmən sahillərində naməlum şəxslər gəmini ələ keçirməyə cəhd ediblər

Yəmən sahillərində naməlum şəxslər gəmini ələ keçirməyə cəhd ediblər

Yəmən sularında, Hödeydə liman şəhərindən cənub-qərbdə naməlum şəxslər yelkənli gəmini ələ keçirməyə cəhd ediblər.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanındakı Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzinin məlumatında deyilir.

 

"Mərkəz Hödeydədən cənub-qərbdə 54 dəniz mili məsafəsində baş verən insident barədə məlumat alıb, göyərtəsində təxminən 12 nəfərin olduğu, onlardan 4-5-nin avtomat silahla silahlandığı qayıq yelkənli gəmiyə yaxınlaşıb. Qayığın heyəti yelkənli gəminin dayanmasını tələb edib. Kapitanın rədd cavabından sonra onlar göyərtəyə qalxmaq üçün qayığı yelkənli gəmiyə bağlamağa cəhd ediblər. Kapitan siqnal raketindən istifadə edib və qayıq geri çevrilərək cənub-şərq istiqamətində uzaqlaşıb", - bəyanatda bildirilir.

#xəbər #baki #keçirməyə #ələ #naməlum
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər