00:00:00
Yazar
Admin User
11.11.2015 10:55 401 1 dəq oxuma
Sosial

Yağış yağacaq

Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.
Yağış yağacaq

Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı, axşam yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 8-11, gündüz 12-14, Bakıda gecə 8-10, gündüz 12-14 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 753 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacaq. 


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər