Yağışlı havanın yarada biləcəyi çətinliklər aradan qaldırılır
Azərbaycan Dəmir Yolları QSC (ADY) ölkə ərazisində müşahidə olunan yağışlı hava şəraitinin yarada biləcəyi çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görür.
Bu barədə “İnformator.az”a ADY-dən məlumat verilib.
Bildirilib ki, hazırda qatarlar qrafik üzrə hərəkət edir, əməkdaşlar tərəfindən bütün ərazilərə nəzarət edilir.
“Sərnişinlərimizi platformalarda hərəkət edərkən, dəmiryol keçidlərindən keçərkən diqqətli olmağa çağırırıq”, - ADY-nin məlumatında deyilir.
