00:00:00
Yazar
Admin User
12.11.2015 10:08 391 1 dəq oxuma
Sosial

Yağmurlu hava davam edəcək

Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Yağmurlu hava davam edəcək

Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

İnformator Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 8-11, gündüz 14-17, Bakıda gecə 9-11, gündüz 14-16 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 767 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə yağış, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.


 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər