00:00:00
Yazar
Admin User
11.05.2023 18:25 374 1 dəq oxuma
Maraqlı

"Yalı Çapkını"nın baş rol ifaçısı Afra Saraçoğlundan sərt təkzib

"Yalı Çapkını"nın baş rol ifaçısı Afra Saraçoğlundan sərt təkzib

Mert Yazıcıoğlu ilə 4 illik münasibətinə son qoyan aktrisa Afra Saraçoğlunun "Yalı Çapkını" serialında rol aldığı Mert Ramazan Demirlə eşq macərası yaşadığı iddia edilib.

 
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa yayımlanan bu iddialara sərt cavab verib.
 
Ötən həftələrdə Dəmirlə İzmirdə tətildə görüntülənən Afra Saraçoğlu jurnal çəkilişləri üçün Antalyaya gedib.
 
Antalyadan qayıdarkən hava limanında səsləndirilən iddialarla bağlı "Gazete magazin"ə danışan Saraçoğlu "Çox sevdiyim və xaricdə görüşməkdən həzz aldığım dostum. İzmirə tətilinə də birlikdə getdik", - deyərək iddiaları təkzib edib.
#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər