00:00:00
Yazar
Admin User
02.02.2026 16:48 72 2 dəq oxuma
Sosial

Yanvar ayında 48 aptekdə yoxlama keçirilib, 7-də nöqsan aşkarlanıb

Yanvar ayında 48 aptekdə yoxlama keçirilib, 7-də nöqsan aşkarlanıb

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) ötən ay ümumilikdə 48 əczaçılıq müəssisəsində yoxlama aparıb. Yoxlamaların nəticələrinə görə, 7 aptekdə müxtəlif nöqsanlar aşkar edilib və pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsi üzrə protokollar tərtib olunub.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında professor Adil Qeybulla bildirib ki, dərman maddələrinin istehsalından tutmuş utilizasiyasına qədər bütün dövriyyə sistemi konkret qaydalara əsaslanmalıdır:

 

“Dərman maddələrinin saxlanıldığı dolablar var. A dolabı, B dolabı və s. Yəni güclü təsiredici maddələrin saxlandığı dolablar ayrıdır, adi dərmanların saxlanma yeri başqadır. Bəzi dərmanlar isə soyuq zəncirdən kənar qalmamalıdır, çünki bu halda inaktivasiya ola bilər. Çoxsaylı şərtlər mövcuddur və hər bir aptek işçisi bu təlimatları bilir. Aptekin daxilində dərmanların düzgün saxlanması üçün müvafiq şərait olmalıdır. Əgər aptek hər hansı halda bu qaydalara əməl etmirsə, bu, dərmanların keyfiyyət parametrlərinə təsir göstərə bilər. Məsələn, soyuqda saxlanılmalı olan dərman soyuq şəraitdə saxlanılmazsa, inaktivasiya baş verər. Bu dərmanların çoxu bahalı preparatlardır və belə hallar onların təsirsiz hala düşməsinə səbəb ola bilər. Yəni bunlar ciddi məsələlərdir.

Hesab edirəm ki, dərman maddələrinin apteklərdə saxlanılma və utilizasiya qaydalarına ciddi şəkildə əməl edilməlidir. Təəssüf  olsun ki, aşkar edilən nöqsanlar ətraflı şəkildə sadalanmır. Apteklərdə mütəmadi olaraq təlimlər keçirilməlidir. Doğrudur, onların əlində fəaliyyətə dair müvafiq təlimatlar mövcuddur, lakin buna baxmayaraq, aptek rəhbərlərinə bu qaydalar davamlı şəkildə izah edilməli və xatırladılmalıdır. Çünki sözügedən məsələ son dərəcə vacibdir".

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər