00:00:00
Yazar
Elmira Ağayeva
20.07.2026 22:08 38 1 dəq oxuma
Siyasət

Yaponiyada nüvə silahı ilə bağlı müzakirələr gündəmdədir

Yaponiyada nüvə silahı ilə bağlı müzakirələr gündəmdədir

 

Yaponiyanın müdafiə naziri Şinyiro Koizumi ölkənin dəyişən təhlükəsizlik şəraiti fonunda nüvə silahı məsələsinin müzakirə edilməsinin vacib olduğunu bildirib. O qeyd edib ki, Tokio ənənəvi nüvə siyasətini yenidən nəzərdən keçirmək məcburiyyətində qala bilər.

 


Mövzu ilə bağlı politoloq Ülviyyə Zülfüqar “İnformator.az” a açıqlamasında bildirib ki, Yaponiyada nüvə silahı ilə bağlı müzakirələrin gündəmə gəlməsi ilk növbədə regionda dəyişən təhlükəsizlik mühitinin əksi kimi qiymətləndirilə bilər:

 

 

“Son illərdə Asiya-Sakit okean regionunda geosiyasi rəqabətin artması, hərbi potensialın gücləndirilməsi və təhlükəsizlik risklərinin dəyişməsi Tokyo daxilində müdafiə siyasəti ilə bağlı müxtəlif yanaşmaların müzakirəsini aktuallaşdırır. Bununla belə, bu məsələnin gündəmə çıxması Yaponiyanın nüvə silahına sahib olmaq barədə qərar verdiyi anlamına gəlmir. Lakin mövzunun müzakirə olunması belə regionun digər ölkələrinin təhlükəsizlik strategiyalarına təsir göstərə və silahlanma ilə bağlı yeni qiymətləndirmələrə səbəb ola bilər. Yaponiyanın nüvə silahı ilə bağlı siyasətində hər hansı fundamental dəyişiklik baş verərsə, bu, beynəlxalq təhlükəsizlik sistemi və nüvə silahlarının yayılmaması rejimi baxımından da diqqətlə izləniləcək proses olacaq. Çünki Yaponiya uzun illərdir nüvə silahına malik olmayan, eyni zamanda yüksək texnoloji və müdafiə imkanlarına sahib dövlət kimi tanınır. Bu səbəbdən rəsmi Tokyonun atacağı istənilən addım beynəlxalq təhlükəsizlik mühitində yeni müzakirələr doğura, nüvə çəkindirməsi və regional sabitliklə bağlı yanaşmaların yenidən qiymətləndirilməsinə təsir göstərə bilər”.

 


Mələk Hüseynova

#Yaponiya #nüvə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər