Yaponiyanın sevimlisi - Dovşanların idarə etdiyi Okunosima adası
Yaponiya sahillərində yerləşən Okunosima Xirosimanın Takehara bölgəsində kiçik bir adadır.
İnformator.az xarici KİV-lərə istinadən xəbər verir ki, adada əsasən dovşanlar yaşadığı üçün oranı "Dovşan adası" kimi də adlandırırlar. İkinci dünya müharibəsi dövründə kimyəvi silah istehsal etmək məqsədi ilə tikilən adanın uzun bir tarixi var. Müharibədən sonra tərk edilən ada zamanla xarabaya çevrilsə də, burada qalan bir neçə dovşanın sayı hər ötən gün artmağa başlayıb. Ziyarətçilərin diqqətini çəkən dovşanlar müxtəlif növ və cinslərdən ibarətdir. Adadaki bu sevimli canlılar olduqca mehribandırlar.
Adaya gələn qonaqlar dovşanların sağlamlığına zərər verə biləcək qidalardan istifadə etməmək barədə daim məlumatlandırılır.
Qeyd edək ki, adada sərbəst gəzən dovşanların sayı 1000-ə yaxındır.
Fatima
