00:00:00
Yazar
Admin User
20.04.2015 05:19 296 1 dəq oxuma
Sosial

Yaradıcı gənclərin diqqətinə!

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Gənclər evi" nin fəaliyyət göstərdiyi rayonlardan (şəhərlərdən) olan yaradıcı gənclər arasında kino rejissorluğu, kino operatorluğu və kino montajçı sənətləri üzrə təlimlər keçirilir.
Yaradıcı gənclərin diqqətinə!

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Gənclər evi" nin  fəaliyyət göstərdiyi  rayonlardan (şəhərlərdən) olan yaradıcı gənclər arasında kino rejissorluğu, kino operatorluğu və kino montajçı sənətləri üzrə təlimlər keçirilir.

Gənclər və İdman nazirliyinin mətbuat xidmətindən İnformator-a verilən məlumata görə, təlimlər Gənclər evlərində yaradılmış video studiyaların fəaliyyətini inkişaf etdirmək,  bu studiyalarda fəaliyyət göstərən yaradıcı gənclərin sayını artırmaq, bu studiyalardan gənclərin istifadə edə bilməsi üçün şərait yaratmaq, eyni zamanda gənclərin yaradıcılıq fəaliyyətini stimullaşdırmaq məqsədilə həyata keçirilir.

Təlimlərdə Sumqayıt və Mingəçevir şəhərlərinin, Daşkəsən rayonlarının, ,  eləcə də Bakının Suraxanı, Sabunçu, Binəqədi, Xəzər, Qaradağ rayonlarının gəncləri iştirak edir. Təlim çərçivəsində iştirakçılar kino rejissorluğuna, kino dramaturgiyasının əsas elementlərinə, ssenarilərin yazılması prinsiplərinə dair biliklər əldə edəcək, kamera ilə işləmək bacarıqlarına yiyələnəcək, müxtəlif video materialın montajını etmək, istənilən xüsusi effekt, səs və digər manipulyasiya əməliyyatlarını həyata keçirməyi öyrənəcəklər. Bundan əlavə 3 gün davam edəcək təlim zamanı açıq məkanda və studiyada da çəkilişlərin tədrisi planlaşdırılır. Təlimlər qeyd olunan sahələrin mütəxəssisləri tərəfindən aparılır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər