Yaxın günlərdə bakalavriat üzrə göstəricilər dəqiqləşdiriləcək
“Bəzi ödənişli əsaslarla ali təhsil alanlar da dövlət sifarişi üzrə təhsillərini davam etdirəcəklər”.
"İnformator.az" xəbər verir ki, bunu DİM sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu Elm və Təhsil Nazirliyi ilə müzakirə olunacaq və boş qalan dövlət sifarişli yerlər açıqlanacaq:
“Rəqəmlər dəqiqləşəndən sonra ictimaiyyətə təqdim ediləcək. Bu proses tam şəffafdır və heç kimin hüququ pozulmur. Dövlətin ayırdığı maliyyə vəsaiti mütləq şəkildə təhsilə yönləndirilir".
