“Yaxın günlərdə hər kəs İranın taleyinin harada həll olunduğunu görəcək”-ŞƏRH
“ABŞ-nin müharibəni dayandırmaq üçün İranın 14 maddəlik planını qəbul etməkdən başqa yolu yoxdur”.
Bu fikirləri Məhəmməd Bağır Qalibaf özünün “X” sosial şəbəkəsindəki hesabında paylaşıb.
Mövzu ilə bağlı siyasi şərhçi Xaqani Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf “X” sosial şəbəkəsində istənilən fikri paylaşa bilər:
“Xüsusilə məsuliyyət hissi daşımayan şəxslərin bu cür fikirlər səsləndirməsi təəccüblü deyil. Məsuliyyətini dərk etməyən bəzi İran rəsmilərinin bu cür absurd açıqlamalar verməsi artıq yorucu xarakter alıb.
Gerçəkliklə heç bir əlaqəsi olmayan fikirləri şərh etmək olduqca çətindir. İran rəsmiləri ya qalib gələcəklərinə, ya da şəhid olacaqlarına inanaraq belə mövqe nümayiş etdirirlər.
Özlərini şəhid olub cənnətə gedəcəklərinə inandıran İran rəsmilərinin bu tip açıqlamalarını şərh etmək artıq absurd vəziyyətə çevrilib. Hər kəs bilir ki, İranın taleyi Pekində həll olunur və yaxın günlərdə bunu hamı görəcək”.
Nuray Əliyeva