“Yaxın Şərq tarixən dünyanın ən qaynar bölgəsi olub”-Xaqani Cəfərli
ABŞ Silahlı Qüvvələri İrana zərbələri artıracağı təqdirdə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qırmızı dəniz və Bab-əl-Məndəb boğazından gəmilərin keçidini bağlaya bilər.
Bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb.
Mövzu ilə bağlı siyasi şərhçi Xaqani Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Yaxın Şərq tarixən dünyanın ən qaynar bölgəsi hesab olub:
“İndi də dəyişən bir şey yoxdur. ABŞ-nin İrana qarşı əməliyyatları Yaxın Şərqdə gərginliyi artırsa da, daha fəlakətli ola biləcək vəziyyətin önlənməsinə xidmət edir. Söhbət, İranın nüvə proqramının qarşısının alınmaısndan gedir. Nüvə silahına malik İran indikindən dəfələrlə təcəvüzkar olacaq ki, bu da bölgədə fəalkətli vəziyyət yarada bilər. Təsəvvür edin ki, İran nüvə silahına malik dir və qonşularından birininin və ya bir neçəsinin ərazisinə müdaxilə edərək işğal edib. Dünya ictimaiyyətini də kənar dövlətlər müdaxilə edəcəyi halda nüvə silahı ilə hədələyir. Bu gün bəşəriyyət yaxşı və pis variantlar arasında seçimi qarşısında deyil. Pis və daha pis arasında seçim edir. İrana qarşı hərbi əməliyyatlar bölgədə gərginliyi artırdığı üçün pis variantdır. Ancaq İranın nüvə dövlətinə çevrilməsi daha pis variantdır. Ona görə də İrana qarşı hərbi əməliyyatlar nə qədər təhlükəi olsa da, hazırda ən doğru yoldur. Bu hətta genişmiqyaslı müharibəyə səbəb olsa belə, ən doğru yol İranın nüvə proqramının qarşısının alınmasıdır”.
Nuray Əliyeva