00:00:00
Yazar
Elmira Ağayeva
30.04.2026 18:10 21 2 dəq oxuma
Siyasət

Yaxın Şərqdə eskalasiya daha geniş geosiyasi qarşıdurmaya yol aça bilər”-ŞƏRH

 

“Yaxın Şərqdə eskalasiya daha geniş geosiyasi qarşıdurmaya yol aça bilər”-ŞƏRH

Vladimir Putin Donald Trump-a bildirib ki, ABŞ və İsrail Yaxın Şərqdə yenidən hərbi əməliyyatlara başlasalar, bunun son dərəcə ağır nəticələri ola bilər.

 

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, bu cür mesajlar ilk baxışda ritorik xəbərdarlıq təsiri bağışlasa da, onların arxasında strateji siqnal elementi dayanır:

 

“Belə bir xəbərdarlıq birbaşa toqquşma niyyətindən daha çox “eskalasiya həddinin” müəyyənləşdirilməsi kimi oxunmalıdır. Burada məqsəd qarşı tərəfi çəkindirmək, mümkün hərbi addımların qiymətini yüksəltməkdir. Bununla belə, ABŞ–İsrail xəttində aktiv hərbi əməliyyatların genişlənməsi və Rusiyanın buna qarşı sərt mövqe nümayiş etdirməsi risklərin idarə olunan səviyyədən çıxaraq daha geniş geosiyasi qarşıdurmaya çevrilməsi ehtimalını artırır. Birbaşa böyük güclərarası müharibə hələ də aşağı ehtimallı ssenari olaraq qalır, lakin dolayı toqquşma, yəni vasitəçi qüvvələr üzərindən qarşıdurma, artıq real risk kimi mövcuddur”.

 

Politoloq qeyd edib ki, Yaxın Şərqdə böhranın dərinləşməsi Cənubi Qafqaz üçün təhlükəsizlik mühitini bir neçə istiqamətdə dəyişə bilər:

 

“Birincisi, region qlobal güclərin diqqətinin bölüşdürülməsi səbəbindən daha “ikincil prioritetə” çevrilə bilər ki, bu da yerli aktorların daha sərbəst və riskli addımlar atmasına şərait yaradır. İkincisi, enerji və nəqliyyat marşrutlarının əhəmiyyəti artdıqca, region üzərində geosiyasi rəqabət güclənə bilər. Üçüncüsü, Iran faktoru burada həlledici rol oynayır. Yaxın Şərqdə eskalasiya Tehranı daha sərt təhlükəsizlik siyasətinə yönəldə bilər ki, bu da onun Qafqaz siyasətinə birbaşa təsir edəcək. Nəticə etibarilə, belə bir böhran regionda nisbi sabitliyi zəiflədərək daha çox qeyri-müəyyənlik və təhlükəsizlik riskləri yarada bilər”.

 

 

Nuray Əliyeva

#ABŞ #İsrail #Rusiya #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər