00:00:00
Yazar
Admin User
25.09.2025 18:55 118 1 dəq oxuma
Sosial

Yeni Günəşliyə metro çəkiləcək

Yeni Günəşliyə metro çəkiləcək

Bakı Metropoliteninin konseptual inkişaf sxeminə və Bakı şəhərinin Baş Planına əsasən, 2040-cı ilədək Yeni Günəşli qəsəbəsinə metro xəttinin çəkilməsi nəzərdə tutulur.

 

"İnformator.az" "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir ki, stansiyanın inşa olunma tarixi və yerləşəcəyi ərazi Baş Plana uyğun müəyyənləşəcək.

 

Metropolitendən həmçinin bildirilib ki, Baş Planda 2040-cı ilədək Xırdalan şəhəri, Masazır və Zabrat qəsəbələrinə metro xəttinin çəkilməsi nəzərdə tutulmayıb.

 

Gələcəkdə bu istiqamətdə hər hansı dəyişiklik və ya yenilik olacağı təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər