00:00:00
Yazar
Admin User
19.12.2025 19:23 164 2 dəq oxuma
Sosial

Yeni il süfrəsinin "təhlükəli ərzaqları"

Yeni il süfrəsinin "təhlükəli ərzaqları"

Yeni il bayramı bolluq və müxtəlif dadlarla yadda qalır. Lakin bayram süfrəsində yer alan bəzi qidalar düzgün hazırlanmadıqda və ya saxlanılmadıqda sağlamlıq üçün ciddi risklər yarada bilər. Qida zəhərlənmələri, mədə-bağırsaq problemləri və digər fəsadlar məhz bayram günlərində daha çox qeydə alınır. 

 

Mövzu ilə bağlı “İnformator.az”a müsahibəsində dietoloq Xumarə İsgəndərli bildirir ki, səhv saxlanılma nəticəsində təhlükə yaradan qidalar əsasən mayonezli və yumurtalı qidalardır:

 

“Paytaxt salatı, mimoza, sezar kimi salatların tərkibində olan yumurta, mayonez və toyuq bakteriyaların sürətlə çoxalmasına səbəb olur. Buna görə də bu məhsullar otaq temperaturunda 2 saatdan artıq saxlanılmamalıdır. Bu sıraya sosiska, kolbasa və hisə verilmiş ətlər də daxildir. Yaxşı bişməmiş quş ətləri, məsələn həcmi böyük olan qaz və ya hinduşqa tam bişmədikdə salmonella riski yüksək ola bilər. Kremli tortlar və pasterizə olunmamış süd məhsulları da zəhərlənməyə yol aça bilər. Çoxlu spirtli içkilərin qəbulu mədə və bağırsaqlarda zədələnmələr yaradır. Bayram günlərində qida zəhərlənmələrinin əsas səbəbi süfrənin uzun müddət açıq qalmasıdır. Bu da bakteriyaların çoxalması ilə əlaqədardır. Həddindən artıq, bir-biri ilə uyğun olmayan ərzaqlardan hazırlanan yeməklərin qəbul edilməsi həm zəhərlənməyə, həm də artıq çəki alınmasına səbəb olur. Bayram süfrəsini təhlükəsiz və sağlam qurmaq üçün məsləhətim: salatların mayonezini süfrəyə verilməzdən 10–15 dəqiqə əvvəl əlavə etmək, yeməkləri süfrədə 1 və ya 2 saatdan artıq saxlamamaq, böyük ətlərin tam bişirilməsinə diqqət yetirmək və gigiyena qaydalarına riayət etməkdir. Qısaca desək, çox yemək vərdişdir, vərdişlərinizi dəyişin”.

 

Ədilə Hüseynzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər