00:00:00
Yazar
Admin User
25.12.2025 16:39 88 2 dəq oxuma
Sosial

Yeni il yaxınlaşır, sizin üçün ideal hədiyyə nədir?

Yeni il yaxınlaşır, sizin üçün ideal hədiyyə nədir?

Hədiyyə vermək və almaq cəmiyyətimizdə yalnız ənənə deyil, həm də mənəvi dəyər daşıyan bir simvoldur. Bayramlar və xüsusi günlər ərəfəsində hədiyyə seçimi insanların zövqünü, dəyərlərini və münasibətlərini əks etdirir. Bu proses həm diqqət və qayğını göstərmək, həm də insanlarla olan münasibətləri möhkəmləndirmək imkanı verir. Hər kəs üçün ideal hədiyyə fərqli olsa da onun əsas məqsədi qarşı tərəfi sevindirmək və unudulmaz xatirələr yaratmaqdır.

 

"İnformator.az"a danışan Əkbər Cavadov bildirib ki, alacağı hədiyyə insandan asılıdır. İnsan var ki, maddi olmasına daha çox önəm verir, insan var ki, mənəvi tərəfi üstün tutur:

 

“Mən isə alacağım insanın yaddaşında həmişə qalacaq bir şey olmasını istəyirəm. Ona görə də mənim üçün daha dəyərli hədiyyələr kitab və səyahətdir. Hədiyyəni əvvəlcədən planlayıram, amma bəzən son dəqiqəyə qalması da olur. Hədiyyənin qiyməti mənim üçün vacibdir. Əsas məqsəd qarşı tərəfi sevindirmək və ona unudulmaz bir xatirə bəxş etməkdir".

 

"İnformator.az"a danışan Günay Hüseynova isə bildirib ki, hədiyyədə həm praktiklik, həm də mənəvi dəyər önəmlidir:

 

“Yeni il ərəfəsində hədiyyə seçimi hər kəs üçün fərqlidir. Mənim üçün hədiyyədə həm praktiklik, həm də mənəvi dəyər önəmlidir. Hər insanın zövqü fərqli olduğundan ideal hədiyyə də dəyişir. Qiymətin hədiyyənin dəyərini müəyyən etmədiyini düşünürəm. Əvvəlcə qarşı tərəfin nəyi sevinəcəyini diqqətlə öyrənirəm sonra uyğun hədiyyəni seçirəm. Düşünürəm ki, hədiyyə yalnız bir əşya deyil, həm də ürəkdən gələn diqqət və sevginin simvoludur. Bu, mənim üçün həm qayğı göstərmək, həm də xoş xatirələr yaratmaq deməkdir”.

 

Sorğuda iştirak edən Namiq Hüseynov isə bildirib ki, hədiyyədə həm maddi dəyər, həm də mənəvi dəyər mənim üçün əsas meyarlardandır:

 

“Xüsusilə, brend saatlar kimi yüksək dəyərli hədiyyələrə üstünlük verirəm və hesab edirəm ki, hədiyyənin qiyməti onun əhəmiyyətini artırır. Hədiyyəni seçərkən tək qərar vermirəm. Bu prosesi həyat yoldaşımla birlikdə həyata keçirirəm. Onun tövsiyələri ideal hədiyyəni tapmaqda mənə çox kömək olur. Mənim üçün əsas olan həm qarşı tərəfi sevindirmək, həm də hədiyyənin maddi və mənəvi dəyərini qorumaqdır”.

 

Ədilə Hüseynzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər