00:00:00
Yazar
Admin User
23.11.2015 10:05 500 1 dəq oxuma
Dünya

Yeni Pekin aeroportunun buraxılış qabiliyyəti ildə 100 milyon sərnişinə çatacaq

2040-cı ilədək Yeni Pekin aeroportunun buraxılış qabiliyyəti ildə 100 milyon sərnişinə çatacaq.
Yeni Pekin aeroportunun buraxılış qabiliyyəti ildə 100 milyon sərnişinə çatacaq

2040-cı ilədək Yeni Pekin aeroportunun buraxılış qabiliyyəti ildə 100 milyon sərnişinə çatacaq.

İnformator Rabitə və yüksək texnologiyalar nazirliyinə istinadən xəbər verir ki, sentyabrın sonunda ümumi ərazisi 700 kvadratmetr təşkil edəcək yeni Pekin aeroportunun terminalının tikintisinə rəsmən başlanılıb.  

2025-ci ilədək hava limanında planlaşdırılan yeddi uçuş-enmə zolağından dördünün istismara verilməsi gözlənilir. Onlar ildə 620 min təyyarə uçuşuna və enməsinə xidmət göstərəcək. Yeni aeroportun illik buraxılış qabiliyyəti 70 milyon sərnişin və 2 milyon ton yük və poçt təşkil edəcək.

2040-cı ilədək sərnişin dövriyyəsinin həcminin 100 milyon nəfərədək, yeni hava limanı vasitəsilə yük dövriyyəsinin isə 4 milyon tonadək artacağı bildirilir. O vaxtadək bütün yeddi uçuş-enmə zolağının istifadəyə verilməsi nəzərdə tutulur.

Pekinin cənubunda Dasin ərazisində yerləşən yeni aeroportun inşasına 2014-cü ilin dekabrında start verilib.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər