00:00:00
Yazar
Admin User
10.02.2026 12:43 25 1 dəq oxuma
Sosial

Yeni sədr Saleh Məmmədovun qudasını vəzifədən azad edib?

Yeni sədr Saleh Məmmədovun qudasını vəzifədən azad edib?

Bəzi xəbər saytlarında və sosial media platformalarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) guya kadr islahatlarına başlanıldığı və bəzi əməkdaşların işdən azad olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

 

"İnformator.az" xəbər verir ki, bu barədə AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin məlumat yayıb.

 

Bildirilib ki, agentlikdə heç bir əməkdaşın işdən azad olunması ilə bağlı əmr verilməyib və belə bir prosedur həyata keçirilmir. Yayılan məlumatlar əsassızdır:

Xatırladaq ki, bundan öncə AAYDA İdarə Heyətinin sədrinin 70 yaşlı köməkçisi Əflatun Qasımovun vəzifəsindən azad edilidiyi ilə bağlı məlumat yayılıb.

Əflatun Qasımov uzun illər Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. O, sözügedən qurumda çalışdığı dövrdə AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədovla quda olub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər