00:00:00
Yazar
Admin User
23.12.2025 18:11 76 2 dəq oxuma
Sosial

Yeniyetmələrdəki zorakılığın əsas səbəbləri

Yeniyetmələrdəki zorakılığın əsas səbəbləri

Gəncə şəhərində yeniyetmənin bıçaqlanması faktı ilə bağlı polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri həyata keçirilib.

 

Mövzu ilə bağlı sosioloq Mail Yaqub “İnformator.az”a açıqlamasında bildirib ki, valideynlər "aktiv dinləmə" bacarığına sahib olmalıdırlar:

 

“Zorakılığın, xüsusilə də yeniyetmələr arasında olan zorakılığın bir neçə əsas səbəbi var.

Birinci səbəb ondan ibarətdir ki, özlərini güclü göstərmək istəyirlər. Yeniyetmələr bəzən özlərini güclü göstərmək üçün zorakılığa əl atırlar. Güclü qruplar arasında olmaq arzusu, üstünlük nümayiş etdirmək ehtiyacı onları başqalarını əzməyə sövq edir.

 

İkinci səbəb daxili gərginlik və əsəbdir. Yeniyetmə gərgin və əsəbi olur, həmin mənfi enerjini zorakılıqla boşaltmağa çalışır.

 

Ən əsas amil – ailə mühitidir. Əgər ailədə mühit sağlamdırsa, sevgi və anlayış varsa, yeniyetmələrdə zorakılıq halları 80-90% azalır. Çünki ailədəki müsbət mühit, dinləyən və anlayan valideynlər uşağın içindəki gərginliyi aradan qaldırır. Valideynlər "aktiv dinləmə" bacarığına sahib olmalıdırlar. Əgər uşaq evdə dinlənildiyini və başa düşüldüyünü hiss edirsə, o zaman özünü zorla sübut etməyə də ehtiyac duymur.

 

İkinci mühüm amil – sosial şəbəkələrdir. Xüsusilə TikTok kimi platformalarda yayılan mənfi, əxlaqsız və zorakı məzmunlar uşaqlarda aqressiya və gərginlik yaradır. Təəssüf ki, bu cür məzmunların qarşısı inzibati və hüquqi yollarla tam alınmır. Uşaqların bu məzmunlara məruz qalması onların psixoloji tarazlığını pozur və nəticədə bu aqressiyanı zorakılıqla çıxarırlar.

Buna görə də valideynlər sosial şəbəkə istifadəsinə nəzarət etməlidirlər. Nəzarət dedikdə isə yalnız qadağa qoymaq yox, həm də uşaqları ilə dost olmaq, onlarla açıq və etibarlı münasibət qurmaq nəzərdə tutulur. Belə olduqda uşaq özü əxlaqsız və mənfi təsirli səhifələrdən uzaq duracaq.

Yekun olaraq, yeniyetmələrdə zorakılığın qarşısını almağın əsas yolu ailədə düzgün münasibətlər qurmaq və sosial mühitə nəzarət etməkdir”.

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər