Yermentay Sultanmuradın Azərbaycan aydınları ilə görüşü
Türk Xalqları Assambleyasının prezidenti, Akademik Yermentay Sultanmurad Azərbaycan aydınları ilə görüş keçirdi. Görüş zamanı o həm də “İctimai inkişafın Türk yolu” kitabının və “Tarixi şəxsiyyətlər” dərgisinin özəl sayını və “Öztürk dili” məcmuəsini təqdim etdi.
Bu haqqda “İnformator.az” xəbər verir.
Tədbirdə xalq yazıçısı Anar Rzayev başda olmaqla Nizami Cəfərov, Çingiz Abdullayev və bir çox ədəbiyyatşünas iştirak etdi.
Türk birliyinin və dirçəliş formulunu 100 il öncə böyük fikir adamı İsmayıl bəy Qaspıralı “Dildə, Fikirdə, İşdə Birlik” şüarı ilə təsbit edib. “Türk Xalqların Assambleyası” dünyanın yeni siyasi düzənində birlik vəsiyyətini həyata keçirməyin zamanı çatdığını əsas götürərək dəqiq, elmi cəhətdən yoxlanılmış, praktik proqram əsasında türk xalqlarının inkişafı və birliyi üçün konseptual proqram təklif etdi. Bu proqram dil birliyini və “Türk ictimai inkişaf yolu” kitabında ümumtürk xüsusi iqtisadi rayonunun və Turan konfederasiyasının yaradılmasını özündə birləşdirir.
“Türk ictimai inkişaf yolu” kitabında ümumtürk xüsusi iqtisadi rayonunun iştirakçılarının hamısının maraqlarını birləşdirməklə, bu prosesə dövlət idarəçiliyi və sosial təminat sahəsini də cəlb etməklə fikirdə və işdə birliyin təmin olunması yolları ətraflı izah etdi. Onu da qeyd edək ki, Türk ictimai inkişaf modeli Amerika Dünya İqtisadi Sistemlərinin Öyrənilməsi İnstitutu, Strateji Proqnozlaşdırma və Planlaşdırma Agentliyi, Qazaxıstan Prezidentinin yanında Qazaxıstan Strateji Araşdırmalar İnstitutu tərəfindən yüksək qiymətləndirilib.
Bu model üzrə inkişaf türk dünyasında ədalətli-humanist, qlobal-harmonik, daim inkişaf edən bir vəziyyətin, həqiqi demokratiyanın bərqərar olmasına gətirib çıxaracaq. Həqiqi demokratiya — ölkənin, xalqın, hər bir insanın, ətraf mühitin və dünyanın maraqlarının təmin edilməsidir.
Yəni, vaxtilə bu dünyanı sivilizasiya etmiş xalqın nəsilləri olan biz türklər, indiki məhv olan yırtıcı sivilizasiyadan bəşəri dəyərlərə, inkişafa və sülhə keçiddə yenidən yer üzünün insanlarına nümunə olacağı qeyd edilib.
Azərbaycanın türk birliyinin həlledici mərkəzlərindən biri olduğunu qeyd edərək, Türk Dövlətləri Təşkilatında sədrliyi Prezident İlham ƏLİYEVin timsalında prezidentlərimizə belə bir təklif təqdim etdilər: Xəzər dənizinin şərqində, Türküstanda türk ictimai inkişaf modelinin prinsipləri əsasında Ümumtürk xüsusi iqtisadi rayonunun yaradılması, orada bazar strukturları ilə yanaşı ən qabaqcıl istehsalların və elmi potensialın cəmləşdirilməsi. Bu halda Ümumtürk xüsusi iqtisadi rayonu türk millətinin nüvəsinə və bütün türk xalqlarının inkişafının lokomotivinə çevriləcək.


Aydan Əsgərxanlı
