Yollarda nəqliyyatın fasiləsiz hərəkəti təmin olunub
Hazırda respublikanın avtomobil yollarında, o cümlədən Bakı şəhərinin küçə və prospektlərində nəqliyyatın fasiləsiz hərəkəti təmin olunub
“Hazırda respublikanın avtomobil yollarında, o cümlədən Bakı şəhərinin küçə və prospektlərində nəqliyyatın fasiləsiz hərəkəti təmin olunub”.
İnformator-un məlumatına görə, bunu \"Azəryolservis\" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli söyləyib.
O, bildirib ki, yolların qardan təmizlənməsi, buzlaşmış ərazilərə duz, qum səpilməsi məqsədi ilə \"Azəryolservis\"-in texnika, maşın-mexanizmləri səfərbər olunaraq gücləndirilmiş iş rejimində çalışırlar. Dağlıq ərazilərdə hələ də qarın yağması davam etdiyindən və güclü şaxta olduğundan yollarda nəqliyyatın təmin olunmuş normal hərəkətinin fasiləsizliyini saxlamaq məqsədi ilə dayanmadan işlər davam etdirilir.
