YouTube süni intellektlə bağlı qərar verir
Onlayn video paylaşma platforması YouTube, Sİ-in düzəltdiyi məzmunu avtomatik olaraq aşkarlayacağını və izləyiciləri məlumatlandırmaq üçün bu videoları işarələyəcəyini açıqlayıb.
Bu yeni qərar, məzmun yaradıcılarının süni intellekt alətlərindən istifadə edib-etmədiklərini könüllü şəkildə bəyan etmələrinə əsaslanan əvvəlki siyasətdən geri addım kimi qiymətləndirilir. Şirkətin yaydığı yazılı açıqlamada bildirilir: “Kontent yaradıcısı süni intellektdən istifadə etdiyini qeyd etməsə belə, sistemlərimiz fotorealistik səviyyədə süni intellekt istifadəsini aşkarlayarsa, artıq avtomatik şəkildə xüsusi işarələmə tətbiq ediləcək”.
CNN Türk
Aydan Əsgərxanlı