Yunanıstan Açıq Sularında Sumud Donanmasına İsrail Müdaxiləsi
Qəzzaya humanitar yardım aparmaq üçün yola çıxan və 50-dən çox gəmidən ibarət olan “Qlobal Sumud Donanmasına” Yunanıstanın Krit adası yaxınlığında İsrail donanması müdaxilə edilib.
İsrail Xarici İşlər Nazirliyi bildirib ki, donanmada olan 20-dən çox gəmidə təxminən 175 fəal saxlanılıb. Məlumata görə, müdaxilə İsrail sularından təxminən 965 kilometr uzaqlıqda həyata keçirilib.
Donanmanın Fransa bölməsinin sözçüsü Helene Coron bu əməliyyatın məsafə baxımından “bənzərsiz” olduğunu vurğulayıb.
İsrail tərəfi isə əməliyyatın beynəlxalq hüquqa uyğun olduğunu iddia edir. Bildirilir ki, addım donanmanın böyük olması və “qanuni blokadanın pozulmasının qarşısını almaq” məqsədilə bu qədər uzaq məsafədə həyata keçirilib.
Pavlos Marinakis bildirib ki, İsrail əməliyyatı Yunanıstanın ərazi sularından kənarda aparıb və bu barədə əvvəlcədən Afinanı məlumatlandırmayıb. O qeyd edib ki, Yunanıstanın beynəlxalq sularda yalnız axtarış-xilasetmə əməliyyatları aparmaq səlahiyyəti var.
50-dən çox gəmidən ibarət donanma Fransanın Marsel, İspaniyanın Barselona və İtaliyanın Sirakuza limanlarından yola düşüb. Təxminən 350 nəfərin 30-dan çox ölkədən iştirak etdiyi donanmada 31 türk aktivistin də olduğu bildirilir.
BBC News
Nuray Əliyeva