Yupiterdə həyat olub-olmamağı bir daha yoxlanılacaq
Yupiterə yenidən kosmik gəmi göndərilir.
İnformator.az Türkiyə mediasına istinadən bildirir ki, Avropa Kosmik Agentliyinin kosmik gəmisi Yupiterin üç peykində həyatın olub-olmadığını araşdırmaq üçün aprelin 13-də yola düşəcək.
Günəş sisteminin beşinci ən böyük planeti və Günəşdən uzaqlığına görə beşinci olan Yupiter əsasən hidrogen və helium qazlarından ibarətdir. Alimlər bu planeti yaxından öyrənməyə davam edirlər.
Bildirilir ki, 1,4 milyard funt sterlinqlik kosmik gəmi ilk dəfə 400 il əvvəl italyan astronom Qalileo Qaliley tərəfindən müşahidə edilən Yupiterin Qanymede, Europa və Callisto peyklərinin donmuş okeanlarını tədqiq edəcək.
Kosmik gəminin Yupiterə səyahətinin 8 il çəkəcəyi, çatma tarixinin isə 2031-ci il olacağı açıqlanıb.
Sayad
