00:00:00
Yazar
Admin User
12.11.2025 18:31 148 2 dəq oxuma
Sosial

Yuxu və zehin

Yuxu və zehin

Yuxu sadəcə istirahət deyil, eyni zamanda zehinin bərpası və sağlam psixoloji vəziyyət üçün vacib bir prosesdir. Müasir insanın həyat tempinin sürətlənməsi, gecə texnologiyalardan istifadəsi və stress yuxu keyfiyyətinə təsir edir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Nərmin Ağayeva bildirib ki, bədən yatarkən belə zehin işləməyə davam edir deyə o bildirib:

 

"Yuxu sadəcə istirahət deyil, o zehnin özünü tənzimləmə, duyğuları təmir etmə və balansı bərpa etmə üsuludur. Hər gecə beynimiz sakitlik sistemini yenidən başladır, ancaq bu proses pozularsa, emosialar qarışır, diqqət zəifləyir və zehin bulanır. Yuxu beynin detoks prosesidir. Duyğusal zibilləri təmizləyir, yeni informasiyaya yer açır. Həmçinin bununla yanaşı dərin yuxu keçirməyən insan sakit görünə bilər amma içində daima təzyiq altında bir zehin yaşayır. Beyin yuxuda sükut tapanda emosialar düzəlir, yaddaş yazılır və həyat yenidən mənalanır. Uşaqların zehni gündüz öyrənir amma öyrəndiklərini gecə yuxuda yerinə yerləşdirir. Yuxusuz uşaq əsəbi deyil sadəcə zehni dağınıq uşaqdır. Bəzən deyirlər ki, uşaq yuxusuzdu əsəbidir amma bu yanlış yanaşmadır. Həmin uşaq agressiv, əsəbi olmur sadəcə onun zehni dağınıq olur. Yatmazdan öncə ekranı söndürmək, otağı sakitləşdirmək və ritm yaratmaq lazımdır. Bunlar kiçik detallar kimi görünsədə, beynin formalaşmasının kodlarıdır. Yuxular şüuraltının danışdığı yeganə bir dildir. Gündüz bastığımız, sustuğumuz hər duyğu gecə obrazlara çevrilir. Yuxuda zehin bizə həqiqəti metaforlarla danışır-qorxular, istəklər, hətta gələcək ehtimallar belə simvolik şəkildə ortaya çıxır. Yuxular bəzən müalicədir. Zehin içindəki ağrını hekayəyə çevirib sağaltmaq üçün danışır".

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər