00:00:00
Yazar
Səadət Əlizadə
11.05.2026 19:42 20 1 dəq oxuma
Siyasət

Zakir Həsənov bu AB ölkəsinə gedib

Zakir Həsənov bu AB ölkəsinə gedib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın dəvəti ilə bu ölkəyə rəsmi səfər edib.


"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bratislava şəhərində keçirilən qarşılanma mərasimindən sonra Azərbaycanın müdafiə naziri onun şərəfinə düzülən qarovul dəhlizindən keçib.

 

General-polkovnik Zakir Həsənov Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri cənab Robert Kalinak ilə görüşüb.

 

Görüşdə Azərbaycan ilə Slovakiya arasında hərbi əməkdaşlığın cari vəziyyəti barədə ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.

 

Tərəflər, həmçinin hərbi, hərbi-texniki əməkdaşlıqların inkişaf perspektivlərini müzakirə ediblər.

Qarşılıqlı hədiyyə mübadiləsindən sonra general-polkovnik Z.Həsənov Xatirə kitabını imzalayıb.

 

#gedib #gündəm #həsənov #ölkəsinə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər