00:00:00
Yazar
Zəhra Həsənova
08.09.2026 21:36 66 2 dəq oxuma
Siyasət

Zelenski: ABŞ bu qış Rusiya ilə Ukrayna arasında danışıqları bərpa etmək istəyir

Zelenski: ABŞ bu qış Rusiya ilə Ukrayna arasında danışıqları bərpa etmək istəyir

ABŞ qışda müharibənin daha da ağırlaşmasının qarşısını almaq üçün Moskva və Kiyev arasında diplomatik təmasları bərpa etməyə çalışır.

 

Mövzu ilə bağlı ”İnformator.az”a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib ki, ABŞ-nin bu qış Rusiya-Ukrayna danışıqlarını yenidən canlandırmaq istəməsinin əsas səbəbi müharibənin artıq hərbi yolla tez həll edilə biləcək mərhələdə olmamasıdır:

 

 

“Döyüşlər davam edir. Lakin tərəflərin mövqelərində ciddi dəyişiklik görünmür. ABŞ buna görə diplomatik kanalı yenidən işə salmağa çalışır. Son günlər Stiv Uitkoff və Cared Kuşnerin həm Moskvada, həm də Kiyevdə görüşməsi də bunun göstəricisidir. Vaşinqton üçtərəfli formatın bərpasını istəyir”.

 

 

Politoloq qeyd edib ki, qış amili xüsusilə vacibdir. Qış Ukrayna üçün enerji və hava hücumundan müdafiə baxımından həssas dövrdür:

 

"Rusiya əvvəlki illərdə qış aylarında Ukraynanın enerji infrastrukturuna ciddi zərbələr endirib. ABŞ da yeni qış paketində Ukraynaya hava hücumundan müdafiə və enerji dəstəyi məsələlərini gündəmə gətirir. Bu baxımdan Vaşinqton danışıqları hərbi vəziyyət daha da ağırlaşmadan başlatmaq istəyir".

 

 

Zeynal Əmrəliyevin sözlərinə görə, digər mühüm səbəb ABŞ-nin müharibənin idarə olunmasına daha çox nəzarət etmək istəyidir:

 

"Vaşinqton üçün məsələ təkcə müharibəni dayandırmaq deyil. Müharibədən sonrakı siyasi və təhlükəsizlik düzənini də formalaşdırmaqdır. Buna görə ABŞ Rusiya ilə birbaşa danışmaqla Moskvanın real tələblərini öyrənməyə çalışır. Eyni zamanda, Kiyevin hansı şərtlərlə kompromisə gedə biləcəyini müəyyənləşdirir".

 

 

Nurgün Qənizadə

#abş #yeni #arasında #zelenski:
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər