00:00:00
Yazar
Güllər Gülhüseynova
24.08.2026 21:13 73 2 dəq oxuma
Siyasət

Zelenski Almaniya XİN başçısı ilə Ukraynanın qışa hazırlığını müzakirə edib

Zelenski Almaniya XİN başçısı ilə Ukraynanın qışa hazırlığını müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın xarici işlər naziri İohann Vadeful ilə ölkənin qışa hazırlığını və hava hücumundan müdafiənin gücləndirilməsini müzakirə edib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Ukraynanın Rusiyanın enerji mənbələrinə və enerji infrastrukturuna vurduğu zərbələrin Ukraynanın enerji təminatına hər hansı ciddi təsir göstərəcəyini düşünmək mümkünsüzdür:

 

“Ukraynanın Rusiyadan enerji asılılığı artıq tamamilə aradan qaldırılıb. Ukrayna özü də Rusiyanın enerji mənbələrindən sürətlə imtina edib. Eyni zamanda, Ukrayna nəinki Rusiyanın enerji mənbələrindən imtina edib, hətta Avropa ölkələrinə gedən Rusiya enerji xətlərinin kəsilməsinə də birbaşa sanksiya tətbiq edib və bunun icrasına nail olub. Ona görə də Rusiyanın enerji mənbələrinə və infrastrukturuna endirilən zərbələrin Ukraynanın enerji təminatına bundan sonra hər hansı mənfi və yeni təsiri olmayacaq. Digər məsələ isə Ukraynanın hava hücumundan müdafiə qabiliyyətinin gücləndirilməsidir. Bəli, Ukraynanın buna ehtiyacı var. Ukrayna bu yaxınlarda prezident səviyyəsində Almaniyaya rəsmi müraciət də edib. Zelenski Rusiyanın son bir həftə ərzində Kiyevə endirdiyi ballistik zərbələrin çox dağıdıcı olduğunu bildirib və bu hücumların effektini azaltmaq üçün Ukraynanın, xüsusilə də Almaniyanın hava hücumundan müdafiə sistemlərinə böyük ehtiyac duyduğunu vurğulayıb. Aparılan danışıqlar artıq ümid etməyə əsas verir ki, Amerikanın müdaxiləsindən sonra Almaniya Ukraynanı “Patriot” sistemləri və raketləri ilə təmin etmək üçün müəyyən addımlar atacaq”.

 

Müsahib həmçinin bunu da qeyd edib ki, enerji obyektlərinin qorunması üçün Ukrayna və Avropa ölkələrinin hansı əlavə addımları ata biləcəyi məsələsi isə hazırda gündəmdə olan ciddi məsələlərdən biridir:

 

"Amerikanın Ukraynaya həm hərbi, həm də maliyyə dəstəyində fasilə yaranması fonunda Avropa ölkələri Ukraynanın Avropanın öz gücü hesabına təmin olunması variantları üzərində işləyirlər. Hətta Avropada bu istiqamətdə fəaliyyət göstərən bir neçə format mövcuddur. Məsələn, Ukraynanı dəstəkləyən “Könüllülər Qrupu” adlandırılan və bir neçə ölkənin daxil olduğu platforma fəaliyyət göstərir. Bundan başqa, Avropada Almaniya, Fransa və Böyük Britaniyadan ibarət “B3” qrupu da fəaliyyət göstərir. Bu platformaların əsas məqsədi Amerikanın Ukraynaya dəstəyinin zəifləməsindən sonra Avropanın öz gücü hesabına Ukraynanı ayaqda saxlamaq strategiyasına xidmət etməkdir. Bu gün Avropa ölkələri Ukraynanın Amerikanın dəstəyi olmadan necə və eyni zamanda güclü şəkildə müdafiə oluna biləcəyi variantları üzərində işləyirlər”.

 

 

Güllər Gülhüseynova

#yeni #ukraynanın #hazırlığını #xəbər #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər