Zelenski: Rusiya ilə danışıqlar Azərbaycanda keçirilsin
Müdafiə sənayesinə gəldikdə, təhlükəsizlik elə bir sahədir ki, burada çox dərin əməkdaşlıq qura bilərik. Biz bu məqsədə nail olmaq üçün çox çalışmalıyıq.
"İnformator.az" xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.
“Bizim üçtərəfli və digər formatda danışıqlarımız olub. Onlardan bəziləri Türkiyədə baş tutub, daha sonra isə amerikalı tərəfdaşlarımızla Cenevrədə görüşdük. Əgər Rusiya tərəfi də bu diplomatiyanı seçərsə, danışıqlarımızı həmçinin istərdik ki, Azərbaycanda aparaq”, - deyə Ukrayna prezidenti vurğulayıb.