Zelenski: “Təəssüf ki, yeni hücumlara hazırlaşırıq”
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın müharibəni dayandırmaq niyyətində olmadığını bildirib. O, ölkəsinin yeni hücum təhlükəsinə hazırlaşdığını açıqlayıb.
Zelenski bu barədə çıxışı zamanı danışaraq qeyd edib ki, hazırkı vəziyyət Ukrayna üçün ciddi təhlükə olaraq qalır. Onun sözlərinə görə, Rusiya tərəfi müharibəni bitirmək istiqamətində real addımlar atmır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki, mənə elə gəlir ki, mən açığı bunu bir az da intuitiv olaraq düşünürəm:
"Daha doğrusu ,həm intuitiv olaraq, həm də belə də, yəni analitik baxımından düşünürəm ki, məncə artıq Rusiya Ukrayna müharibəsinin biz sonuna yaxınlaşırıq. Çünki ilk dəfə olaraq, Zelinski indiyəcəm çox deyib ki, mən Putinlə görüşməyə hazıram filan. Amma Putin ilk dəfə olaraq dedi ki, mən Zelinski ilə görüşməyə hazıram. Və başqa şeyə diqqət çəkim. Deməli,birincisi, 9 may paradında, bundan əvvəlki paradlarda Putin həmişə Zelenski haqqında danışanda ona yuxarıdan aşağı tonla danışıb. Onun haqqında narkoman deyib klon deyib, təlxək deyib. Bu dəfə isə Cənab Zelenski deyib Zelenski haqqında. İkincisi, məlumat yayılıb ki, Ukrayna 9 may paradını keçirilməsinə icazə verib Rusiyaya. Görün, iş hansı həddə çatıb. Üçüncüsü, bu rəsmi deyil, amma qeyri-rəsmi məlumatlara görə, Kremil daxilində artıq bir gərginlik yaranıb və hətta hakimiyyət çevrilişinə cəhd planı hazırlanır. Və doğurdan da, indi bu iddianın nə qədər doğru olub, olmamağından asılı olmayaraq, doğurdan da, Rusiya siyasi elitasında vəziyyət çox gərgindir. Çünki Putinin üç günə bitər dediyi müharibə dörd ildir uzanır və mən başa düşürəm ki, indi Putin bunu belə gözləməyib ki, ABŞ dəstək olacaq, Avropa dəstək olacaq filan. Ancaq indiki məqamda məncə həm Kiyev, həm də Moskva başa düşür ki, artıq ikisi də proksiyə çevrilib və həm Kiyevdən, həm də Moskvadan istifadə olunur. Sözsüz ki, bu müharibədə iki tərəfdə uduzub və iki tərəfində səhvləri çox olub. Və məncə, artıq bitib də. Daha indi yəni oturub, məncə, razılaşmaq vaxtıdır. Çünki ABŞ-lə Avropa arasında münasibətlər gərginləşir. ABŞ-lə Avropa arasında münasibətlər gərginləşdikcə bu Şərqdə Avropadakı vəziyyətə də təsir edəcək. Bu da Rusiyanı da narahat edəcək. Rusiya bilməyəcək danışıqlar barədə düşünsün, müharibə barədə düşünsün. Yəni bütün bunlar nəzərə alaraq məncə artıq tərəflərin oturub anlaşma vaxtıdır. Və əgər belə bir fürsət olarsa, Zelenski ilə Putin bir araya gələrsə, məncə, müəyyən razılaşmalara ümid etmək olar. Amma liderlərin görüşündən əvvəl yəqin ki, nazirlər səviyyəsində görüş olacaqdı və bu effektiv olarsa, yaxşı keçərsə, ondan sonra liderlər görüşə bilirlər. Amma onu da deyim ki, yəni üçüncü tərəflər buna mane olmağa çalışacaq mümkün qədər".
Aişə Mustafayeva