Zelenski Trampın istəyini rədd edib
Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı həmkarı Donald Trampın Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmaq istəyini rədd edib.
"İnformator.az" xəbər verir ki, o, bu barədə “Voll Strit Jurnal”a müsahibəsinə deyib.
Zelenski bildirib ki, Tramp qlobal dizel yanacağının qiymətlərinin artması fonunda Rusiya neft emalı zavodlarına hücumların dayandırılmasını istəyib:
“Bu istək rədd edilib, çünki qiymətlərin artmasına əsas səbəb Ukraynanın Rusiyaya zərbələri deyil, Hörmüz boğazının blokadaya alınmasıdır. Dizelin qiyməti məsələsini məhz bu şəkildə həll etmək istəyirlərsə, onda Ukraynaya Putinin ölkədə elektrik enerjisinin kəsilməsinə səbəb olan addımlarının qarşısını almaqda kömək etmək və onu mülki infrastruktura hücumları dayandırmağa məcbur etmək lazımdır. Dizel qiymətləri bəziləri üçün vacib ola bilər, amma həyatımız bizim üçün daha vacibdir”.