00:00:00
Yazar
Admin User
07.11.2025 18:05 175 1 dəq oxuma
Sosial

Zəfər Günü qəhrəmanların yaddaşında yaşayan qürur

Zəfər Günü qəhrəmanların yaddaşında yaşayan qürur

8 Noyabr-Azərbaycanın şanlı Zəfər Günüdür. Bu tarix təkcə bir qələbənin deyil, xalqın birliyinin, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığının simvoludur. 44 günlük Vətən müharibəsində qazanılan bu möhtəşəm qələbə hər bir azərbaycanlının qəlbində əbədi iz buraxıb. Bu gün biz Zəfər Gününü o mübarizənin canlı şahidləri-qazilərimizin dili ilə xatırlayırıq. Onların keçdiyi yol, yaşadıqları hisslər və bu günə baxışları cəmiyyət üçün dərin mənalar daşıyır.

 

Mövzu ilə bağlı “İnformator.az”a müsahibəsində qazi, eyni zamanda Baku TV-də operator kimi fəaliyyət göstərən Tarıverdi Tarıverdiyev bildirib ki, birinci Qarabağ savaşında iştirak edib:

 

“44 günlük savaşda tele-repotyor kimi iştirak etmişəm. Bildiyiniz kimi 44 günlük savaşda bizi ön cəbhəyə buraxmadılar, lakin bütün jurnalistlər mərmi altında öz vəzifə borcunu yerinə yetirib. Məni 44 günlük savaşa aparan birinci müharibədən qalan natamam işlər idi.

 

Yenə ölkəmizin üstünə düşmən yerisə, eyni cəsarətlə, yaşımın bu çağında, istər döyüşçü kimi, istər reportyor kimi döyüşməyə hazıram”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər