00:00:00
Yazar
Admin User
15.01.2026 16:35 113 2 dəq oxuma
Sosial

Zəif oxuyan şagirdlərlə iş metodları

Zəif oxuyan şagirdlərlə iş metodları

Təhsil prosesində hər bir şagirdin fərdi xüsusiyyətləri və öyrənmə tempi nəzərə alınmalıdır. Lakin bəzən müxtəlif sosial, psixoloji və pedaqoji səbəblərdən bəzi şagirdlər dərs materialını mənimsəməkdə çətinlik çəkirlər. Bu cür hallarda müəllimin rolu daha da ön plana çıxır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında müəllim Orxan Əlibəyov bildirib ki, onun üçün “zəif oxuyan şagird” termini öyrənmə potensialı aşağı olan deyil, sadəcə mövcud tədris metodları ilə öz potensialını üzə çıxara bilməyən şagird deməkdir:

 

“Bu halın səbəblərini mən bir neçə qrupda görürəm, bunlardan biri psixoloji amillərdir, məsələn, özünəinamın aşağı olması, uğursuzluq qorxusu və ya diqqət əskikliyi şagirdi dərsin gedişatından qopara bilər, digəri isə sosial-məişət mühitidir, yəni ailədəki gərginlik, uşağa ayrılan zamanın azlığı və ya sosial çətinliklər birbaşa akademik göstəricilərə təsir edir, daha bir səbəb isə pedaqoji boşluqlardır, əvvəlki siniflərdə mövzuların tam mənimsənilməməsi zəncirvari boşluq yaradır və mən həmişə deyirəm: “Bünövrə möhkəm deyilsə, üstündə bina tikmək çətindir”, eləcə də fərdi öyrənmə üslubu vacibdir, bəlkə bu uşaq vizual deyil, kinestetikdir və standart metodlar hər kəsə uyğun olmaya bilər, valideynlə əməkdaşlığın rolu önəmlidir, mən valideynləri təhsil üçbucağının ən önəmli tərəflərindən biri hesab edirəm və əməkdaşlıq sadəcə şikayət etmək deyil, “ortaq hədəf” müəyyənləşdirməkdir, davamlılıq da mühümdür, şagird məktəbdə öyrəndiyini evdə dəstək görmədikdə öyrənmə prosesi yarımçıq qalır, emosional dəstək də vacibdir, valideynin övladına “mən sənə inanıram” mesajını verməsi uşağın məktəbdəki fəaliyyətinə 50 % müsbət təsir edir və nəhayət, məlumat mübadiləsi rol oynayır, mən valideyndən uşağın evdəki maraqlarını öyrənirəm ki, dərsdə o maraq dairəsindən istifadə edərək onu dərslərə cəlb edə bilim".

 

Həmçinin müəllim bildirib ki, zəif oxuyan şagirdi qiymətləndirərkən meyar olaraq digər şagirdləri deyil, onun öz keçmişini götürür:

 

"Əgər dünən 5 səhv edirdisə, bu gün 3 səhv edirsə, bu mənim üçün böyük bir uğurdur və mən bu irəliləyişi mütləq qeyd edirəm. Qiyməti cəza vasitəsi kimi deyil, “daha nələri inkişaf etdirə bilərsən?” sualına cavab kimi təqdim edirəm. Ona gücünün çatacağı, lakin onu bir az da irəli aparacaq fərdi suallar verirəm ki, “mən bacarıram” hissini dadsın və uğur dadını alan şagird daha çox çalışmaq istəyəcək".

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər